Logo
Səhifəni çap et

İNDİ BİR AZ HAVALANDI

Bu məqaləni qiymətləndir
(1 Səs)

 

Oğlu əsgərlikdə olan ana soyuq bir qış günündə odun gətirmək üçün həyətə çıxır. Qarın altından odun götürdükcə üşüyür və oğlunu xatırlayır:

– Eh, anan ölsün ay bala, bu soyuqda nə edirsən?

 

İçəri girib sobanın qırağında qızındıqdan sonra isə öz-özünə deyir:

– İndi bir az havalandı, sənin canın da qızardı, oğul!...

 

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.