Logo
Səhifəni çap et

Darvaz kəndinə ağır itki üz verib

Novruz bayramı ərəfəsində Darvaz kəndi 4 nəfərin ölümü ilə nəticələnən faciə ilə üzləşib. Bədbəxt hadisə Tiflis şəhərində yaşayan Darvazlı Şahmurad Bayramovun ailəsində baş verib. Hadisə Gürcüstanın paytaxtı Tiflis şəhərinin Krtsanisi rayonunda baş verib. Hadisə nəticəsində Şahmurad Bayramovun həyat yoldaşı Nanə Bayramova və oğlu Zamin Bayramov, eləcə də həmin gün onlarda qonaq olan Ceyhun və Elnurə Orucovlar dəm qazından zəhərlənərək həyatlarının itiriblər.

faciəyə səbəb gecə hamamda suqızdırıcının açıq qalması nəticəsində mənzilə dəm qazının dolması olub. Ş.Bayramovun oğlu Zamin Bayramov qonaqlıqdan sonra hamamda yuyunub, qızdırıcının qazını söndürməyərək yatıb.

 

 

Media

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.