5 oktyabr Beynəlxalq Müəllimlər günüdür!
Bu münasibətlə müəllim adını sözün əsl mənasında haqq edən müqəddəs peşə sahiblərini təbrik edirik! Təbii ki, ən böyük təbriklərimiz vaxtilə Gürcüstanda ən yaxşı orta məktəblərdən biri kimi ad çıxarmış və bu gün də öz fəaliyyətini davam etdirən Darvaz orta məktəbinin müəllimlərinin ünvanınadır!
Təkcə darvazlıların deyil, ətraf kəndlərin nümayəndələrinin də təhsil aldığı Darvaz orta məktəbinin məzunlarının sorağı bu gün dünyanın bir çox ölkələrindən gəlir. Zaman-zaman burada çox məşhur müəllimlərimiz olub. Bu gün Haqq dünyasında olan müəllimlərimizi rəhmət və minnətdarlıqla xatırlayır, həyatda olanlara və hazırda gənc nəslin təlim-tərbiyəsi uğrunda zəhmət çəkənlərə uzun və sağlıqlı ömür, şəxsi həyatlarında və işlərində uğurlar arzulayırıq!
İnanırıq ki, Dravaz orta məktəbi yenidən illər öncəki şöhrətini bərpa edəcək və bizlər də onun yetirmələri ilə fəxr edəcəyik!
BAYRAMINIZ MÜBARƏK, ƏZİZ MÜƏLLİMLƏR!
“DARVAZ” XEYRİYYƏ FONDU
TƏŞƏBBÜS QRUPU











