“Darvaz Xeyriyyə Fondu”nun əsas vəzifələrindən biri də Darvazda yeniyetmələrin və gənclərin asudə vaxtlarını səmərəli keçirmələrinin təşkil olunmasına, idmanın müxtəlif növləri ilə məşğul olmalarına şərait yaradlımasına yardım etmək etməkdir.
Kənddə gənclər tərəfindən yaradılmış “Darvaz” futbol komandasının Borçalının kəndləri arasında keçirilən futbol çempionatındakı çıxışı da göstərir ki, gənclərimizə qayğı göstərilərsə, böyük uğurlar əldə edə bilərlər.
Son günlərədək komandamızın bəzi çətinlikləri vardı, əsasən də oyunçuların futbolçu geyimi, demək olar ki, yox idi. Komandanın müraciətindən qısa zaman sonra “Darvaz” futbol komandasının oyunçuları “Darvaz Xeyiryyə Fondu” tərəfindən yeni idman geyimi ilə təmin edildi.
Formaları “Darvaz Xeyiryyə Fondu” adından Təşəbbüs qrupunun üzvü, dəyərli eloğlumuz Fərhad Muxtarov futbolçularımıza təqdim edib, komandamıza isə qarşıdakı oyunlarda uğurlar arzulayıb.
Elşad ÇOBANLI
“Darvaz Xeyiryyə Fondu” Təşəbbüs Qrupunun üzvü








