Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Darvazlı abituriyentlərinin uzun illər üzləşdiyi nəqliyyat problemi həll edildi

 Əziz eloğlular, hörmətli darvazlılar!

Doğma Darvazımızın məktəblilərinin üzləşdiyi ən ciddi problemlərdən biri ali məktəblərə qəbul imtahanlarına hazırlaşmaq üçün Marneuli şəhərində təşkil olunan hazırlıq kurslarına gedib-gəlməklə bağlı nəqliyyat çətinliyi idi.

Bir istiqamətdə təxminən 50 kilometr məsafə qət etmək, mənzilbaşına çatmaq üçün 3–4 nəqliyyat vasitəsi dəyişmək, yollarda saatlarla vaxt itirmək, ailə büdcəsinə əlavə yük olan nəqliyyat xərcləri, xüsusilə soyuq payız-qış aylarında əlverişsiz hava şəraiti məktəblilərimiz üçün ciddi maneələr yaradırdı. Bəzən bu çətinliklər ali təhsil almaq, gələcəyini qurmaq arzusunda olan övladlarımızın ümidlərinə kölgə salır, onların təhsil imkanlarını məhdudlaşdırırdı.

Sevindirici haldır ki, “Darvaz Xeyriyyə Cəmiyyəti”nin dəstəyi və təşkilatçılığı sayəsində məktəbli abituriyentlərimizin uzun illər üzləşdiyi bu problem öz həllini tapmışdır.

Artıq Darvaz orta məktəbinin abituriyentləri həftənin birinci, üçüncü və beşinci günləri onlar üçün ayrılmış xüsusi mikroavtobus vasitəsilə Marneuli şəhərindəki hazırlıq məşğələlərinə rahat şəkildə gedib-gələ bilirlər. Bu təşəbbüs məktəblilərimizin vaxtına qənaət etməklə yanaşı, ailələrin maddi yükünün azaldılmasına, övladlarımızın təhsilə daha çox vaxt və diqqət ayırmasına şərait yaradır.

Bu, sadəcə nəqliyyat probleminin həlli deyil, Darvazın gələcəyinə, gənclərimizin təhsilinə və onların arzularının gerçəkləşməsinə verilən dəyərli töhfədir.

Hörmətli Cəmiyyət üzvləri!

Bu xeyirxah təşəbbüsün həyata keçirilməsinə göstərdiyiniz dəstəyə, nümayiş etdirdiyiniz həmrəyliyə və doğma yurdumuzun gələcəyinə verdiyiniz töhfəyə görə hər birinizə səmimi təşəkkürümüzü bildiririk.

İnanırıq ki, birlik və qarşılıqlı dəstək sayəsində bundan sonra da doğma Darvazımızın təhsil, idman və sosial-ictimai həyatında mövcud olan problemlərin həllinə nail olacaq, kəndimizin inkişafı naminə yeni-yeni xeyirxah təşəbbüsləri birlikdə gerçəkləşdirəcəyik.

Unutmayaq ki, Darvazın gələcəyi bizim birliyimizdən, həmrəyliyimizdən və bu gün övladlarımızın təhsilinə göstərdiyimiz qayğıdan asılıdır!

Birliyimiz gücümüz, təhsilli gənclərimiz isə gələcəyimizdir!

 

 

 

Elşad ÇOBANLI

 “Darvaz Xeyiryyə Cəmiyyəti” Təşəbbüs Qrupunun üzvü

 

 

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

Darvazinfo@gmail.com 

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina