
ABDULLAYEVA DİLŞAD ŞIXƏLİ qızı
oktyabrın 9-da Darvazda rəhmətə gedib.
İndi hamı 2020-ci ilin uğursuz olmasından danışır. İnsanlar az qala bir ümidsizliyə qapılıblar. Üzlərdən sevinc göyə çəkilib. Bir vaxtlar tez-tez toylara dəvət olunmaqdan gileylənənlər indi toy həsrətindədir. Zəmanə elə tərs gəlib ki, toylar bir yana, vayımızı da adət-ənənəyə uyğun urvatlaya bilmirik. Hər gün axşamüstü saat 5-6 radələrində hamının gözü-qulağı televizorda olur ki, görsən bu gün koronavirusa neçə nəfər yoluxub, sağalan və dünyasını dəyişən neçə nəfərdir? Evdən vacib iş dalınca çölə çıxanda da bir gözümüz saatda qalır ki, birdən SMS icazənin vaxtı ötər, cərimələnərik. Kim bilir, SMS icazənin qaydalarını pozmağa görə yazılan cərimələr fərd olaraq suçumuzun cəzasıdırsa, bəlkə də, bu gün dünyanın üzləşdiyi bu pandemiya bəlası Allahın bütün bəşəriyyəti cəzalandırması, Allahın yolundan çıxmağın bədəlidir... Kim bilir... Hələliksə bildiyimiz odur ki, az qala hər səhəri bir bəd xəbərlə açırıq. Sanki ölüm də adiləşib, ucuzlaşıb...

NURİYEV VƏLİ MÜRTƏZƏ oğlu
iyulun 26-da Rusiyada rəhmətə gedib, Darvazda son mənzilə yola salınacaq.

Darvazın şair oğlu, adını həmişə böyük hörmət və ehtiramla andığım, ömrünün çox hissəsini Bakıda yaşasa da, həmişə dogma yurduna, elinə-obasına bağlı olan, əməlləri ilə kəndin şöhrətini daha da ucaldan Eldar Hacıyev şeirlərinin birində yazırdı:

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!
Eldar Hacıyev
ELAN !
Bizim mail abunə
| Valyuta məzənnələri | ||
| Azərbaycan manatı | ||
| (RUB) | //-// | |
| (GBP) | //-// | |
| (EUR) | //-// | |
| (USD) | //-// | |
| Friday | +13° | 0° | |
| Saturday | +12° | 0° | |
| Sunday | +14° | +2° | |
| Monday | +12° | +1° | |
| Tuesday | +11° | -1° | |
| Wednesday | +10° | +1° |






