Kolxoz və sovxoz
- Ətraflı
- Bölüm: Təsərrüfat və idarəetmə
- Baxış sayı: 14789
Darvazda kolxoz (kollektiv təsərrüfat) 1933-cü ildə 24 fərdi təsərrüfatın birləşməsi ilə qurulub. İlk kolxoz sədri Ramazan İbrahimxəlil oğlu Gülməmmədov olub. 1934-cü ildə kolxoz sədri vəzifəsinə Hacıyev İbad (Molla İbad) seçilib.
1936-cı ildə kənddə kollektivləşmə tamamilə başa çatıb və Nadir Rüstəm oğlu Əhmədov kolxozun sədri seçilib. Həmin ərəfədə o dövrdə böyük əhəmiyyət kəsb edən təbliğat qrupunun rəhbəri isə Nəbizadə Məhəmməd olub.
Sonrakı illərdə kolxoz sədrləri:
1939-1941-ci illər – Novruz Məmmədov
1942-1948-ci illər – Qurban Əliyev (Salman öyü),
1948-1952-ci illər – yenidən Nadir Əhmədov
1952-1954-cü – Məhəmməd Nəbizadə
1954-cü il – Hilal Aşırov
1955-1956-cı illər – Hacıməmməd Hacıyev
1956-1957-ci illər – Novruz Məmmədov
1957-ci il – İbrahim Gülməmmədov
1959-cu il – Ənvər Allahverdiyev
1960-cı il– İbrahim Gülməmmədov
1961-ci il – Nadir Əhmədov
1962-ci il– İsə Rəhim oğlu Nəbiyev
1962-1963-cü illər – Mahal Məhərrəmov
1963-1967-ci illər – Süleyman Salmanov
1967-ci il – Qədir Bayramov
1968-ci il – Kamal Nəbiyev
1968-1969-cu illər – Oruc Məmmədov
1970-1971-ci illlər – Hacıxəlil Nəbiyev
1971-1972-ci illər – Süleyman Salmanov
1972-1973-cü illər – İbrahim Əhmədov (rayonun Cəfərli kəndindən)
1974-1975-ci illər – Vəli Abbasov
1976-cı il yanvarın 1-dən kolxoz ləğv olunaraq 11 kəndi birləşdirən (Darvaz, Dəmirli, Sarımmətli, Yuxarı Güləver, Aşağı Güləver, Babakişilər, Tanziya, Qaradaş, Beytəkər, Seneb və Arakel) Darvaz südçülük-kartofçuluq sovxozu yaradılıb və rayonun Ayorta kəndindən olan Veysəl Məmmədov direktor təyin olunub. On ilə yaxın V.Məmmədov bu vəzifədə çalışdıqdan sonra onun yerinə Zveli-Kveşi kəndindən Vəkil Məmmədov təyin olunub. 1989-cu ildə Darvaz kəndində ayrıca heyvandarlıq sovxozu yaradılıb və darvazlı Valerik Mehralı oğlu Qurbanov direktor təyin olunub. 1991-ci ildə bu vəzifəyə Lazaraşvili familiyalı gürcü, bir ildən sonra – 1992-ci ildə isə Abbasov Nadir direktor təyin olunub.
1996-cı ildə ölkədə aparılan torpaq islahatı ilə əlaqədar sovxoz ləğv olunub və torpaqlar əhaliyə paylanıb. Bu zaman hər bir ailəyə pay torpağı verilib (0,4-0,5 ha) qalan torpaqlar isə bir neçə nəfərə icarəyə verlib ki, sonradan da həmin torpaq sahələri əsasən həmin icarədarlar tərəfindən özəlləşdirilib.
Mənbə: Musa Nəbioğlu (Musa Nəbi oğlu Çobanov). Darvaz. Bakı, “Bakı Mətbəəsi” ASC, 2023. 520 səh.
Qeyd: İstifadə edərkən mənbənin göstərilməsi mütləqdir. Əks halda müəllif hüquqlarının qorunması ilə bağlı müvafiq qanuna uyğun şəkildə ciddi tədbir görüləcəkdir.
Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!
Eldar Hacıyev
ELAN !
Bizim mail abunə
Valyuta məzənnələri | ||
Azərbaycan manatı | ![]() | |
![]() | (RUB) | //-// |
![]() | (GBP) | //-// |
![]() | (EUR) | //-// |
![]() | (USD) | //-// |
Friday | +13° | 0° | |
Saturday | +12° | 0° | |
Sunday | +14° | +2° | |
Monday | +12° | +1° | |
Tuesday | +11° | -1° | |
Wednesday | +10° | +1° |