Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Alqış və qarğışlar

ALQIŞLAR 

Allah işini avand eləsin!

Allah köməyin olsun!

Allah üstündə dursun!

Allah üstünnən getsin!

Allah hoyuna yetsin!

Allah balalarını başacan versin!

Allah ölənlərinə rəhmət eləsin!

Allah işini ağa-qızıla döndərsin!

Allah kölgəni əskik eləməsin!

Allah kəsdiyin qurbanı qəbul eləsin!

Allah evini-eşiyini şen eləsin.

Allah axırını xeyirə calasın!

Allah verən əlini kəsməsin!

Allah dərd göstərməsin!

Allah murazını versin!

Allah yığval versin!

Allah qüvvət versin!

Allah xata-bəladan qorusun!

Ağ baxtın olsun!

Ağ günə çıx!

Ağrı görmə!

Ağzın şirin olsun!

Ağ yığvallı olasan!

Axar sular qapından axsın!

Axırın xeyir olsun!

Anandan əmdiyin süd halalın olsun!

Atan (anan) cənnətlik olsun!

Atın büdrəməsin!

 

Baxtına ağ gün doğsun!

Baxtından yarıyasan!

Baxtın yeyin olsun!

Balaların min budaq olsun!

Başımızın üstən kölgən əskik olmasın!

Bərəkətli olsun!

Bir yastıqda qocalasınız.

Dərd görməyəsən!

Dilin dost-düşmən yanında həmişə uzun olsun!

Dilin uzun olsun!

Dırnağı bərk olsun!

Dünya ilə bir ol!

Eloğluluqdan əksik olmayasan!

Eldən-obadan əskik olmayasan!

Evin-eşiyin şen olsun.

Əlin-qolun ağrımasın!

Əlində-ovcunda qalsın!

Əllərin var olsun!

Halal xoşun olsun!

Hamı yoldan sağlıqnan!

Hamının gedəni gəlsin, bizimki də içində!

Gecən xeyirə qalsın!

Günün ağ olsun!

Günün yağlı olsun! (Paltar yuyarkən qadınlara deyilir).

Gözün işıq görsün!

Gözün işığa gəlsin!

Gözüdolusu görəsən!

Xeyirə qarşı gedəsən!

Kölgən böyük olsun!

İşin avand olsun!

Mənim kimi qocalasn!

Murazına çatasan!

Neylim-necim deməyəsən!

Oğullu-uşaqlı, nəvəli-nəticəli olasan!

Ocağın şen olsun!

Ömrüm ömrünə calansın!

Ömrün uzun olsun!

Qonaqlı-qaralı olasan!

Qapınıza həmişə xeyir işlərdə gələk!

Qayırıf-qoyduğun əlində-ovcunda qalsın!

Qazancın qarşı gəlsin!

Qazancın artıq olsun!

Qohumluqdan əskik olmayasan!

Qohumluqda qayım-qədim olasınız.

Qoşa qarıyasınız!

Qurbanın qoyun olsun!

Qulluğun qayım olsun!

Ruzqunu (ruzini) Allah versin!

Sabahların xeyirliyə açılsın!

Saqqalın ağarsın!

Səni görüm, min budaq olasan!

Səni verənə şükür!

Səni verənə qurvan olum!

Surun yerisin!

Sufran açıq olsun!

Uğurun xeyir olsun!

Üzün ağ olsun!

Üzün gülsün!

Üstünə gün doğsun!

Yorulmayasan!

Yığvalın ağ olsun.

Yığvalın ağ gəlsin!

Yığvalın yeyin olsun.

Yeyib-içdiyin halalın olsun!

Torpağı sanı yaşayasan!

Ziyaratın qəbul olsun!

 

 

YALVARIŞLAR

Adına qurvan olum!

Allah ömrümdən kəsib ömrünə calasın!

Ayağına döşənim!

Ayağının altına döşənim!

Ayağının altında ölüm!

Ağrın alım!

Ağrın ürəyimə!

Boyuna qurvan olum!

Çiynində gedim!

Dərdin ürəyimə gəlsin!

Dilinə qurvan olum!

Əlləriyin ağrısın alım!

Gözünün işığına qurban olum!

Gözlərinin ağrısını alım!

Qavağında ölüm!

Qadan alım!

Qadan ürəyimə!

Sənə gələn dərd-bəla mənə gəlsin!

Üzüm ayağının altına!

 

ANDLAR 

Bəzən deyirlər ki, and söylədiyin yalanı inandırmaq vasi­təsidir. Bununla belə, eldə-obada and içmək həmişə olub, bu gün də var. Fikrimizcə, and içmək söylədiyin yalanı təsdiq etmək vasitəsi yox, əksinə, dediklərinin düzgünlüyünə, verdiyin vədə əməl edə­cə­yinə bir növ zəmanətdir. Təbii ki, günümüzdə yalandan and içənlər, and içib sözündən dönən­lər, vədinə xilaf çıxanlar da tapı­lır. Amma bunu bütöv­lükdə hamıya şamil etmək olmaz. Qurana, müqəddəs yerlərə, ocağa, əzizlərin – oğulun, qardaşın, atanın, ananın canına and içmək də dediklərimizi təsdiq edir. Anda həmi­şə ciddi yanaşıb ulu­larımız. Eldə-obada deyiblər ki, andın iki başı var, yəni yalan­dan and içərsənsə, bunun ziyanını görərsən.

 

Adın haqqı!

Adına and olsun!

Atamın goru haqqı!

Anamın goru haqqı!

Başın haqqı!

Başına and olsun!

Balamın canı üçün!

Balamın əziz canına and olsun!

Balalarımın başına and olsun!

Bərəkət haqqı!

Bizi yaradan Allaha and olsun!

Bu axşamın qarıflığı haqqı!

Bu Əli yolu haqqı!

Bu əziz gün haqqı!

Bu suyun piri haqqı!

Canın üçün!

Çörək haqqı!

Çörəyə and olsun!

Dünyadan vaxtsız köçənnərin goru haqqı!

İşığa kor baxım ki!

Ocaq haqqı!

Ocağa and olsun!

Yalan deyirəmsə, işığa kor baxım!

Yalan deyirəmsə, işığa həsrət qalım!

Yeri-göyü yaradana and olsun!

Oğlumun  başına and olsun!

O işığın yanarı haqqı!

Ocağın yanarı haqqı!

Ocağa and olsun ki!

Haqqı-salamımıza and olsun!

Kəsdiyimiz çörəyə and olsun!

Quran haqqı!

Qurana and olsun!

Qıvla haqqı!

Yol haqqı!

 

QARĞIŞLAR 

Qarğışları əsasən qadınlar işlədirlər. Alqış edəndə olduğu kimi, qarğış edən də çox zaman Allahın adıyla başlayır, qarğı­şı­nın –  bəd duasının yerinə yetməsi üçün Allahdan imdad istəyir. 

 

Adın adlara qoyulsun!

Allah başına daş salsın.

Allah əlindən alsın.

Allah illacını kəssin.

Allah ezrafını (əzabını) artırsın.

Allah sənə qotur versin, dırnaq verməsin.

Allah sinənə dağ çəksin.

Ağrım ortana.

Ağrım ürəyinə.

Ağrım içinə.

Ağzın paxır dadsın.

Allah axırına çıxsın.

Ağroy ol.

Anan mən çalan çalmanı çalsın.

Axşama qalma.

Axşamın qara gəlsin.

Axşamın qara boyansın.

Axırın suya dönsün.

Ağzından çıxsın, qoynuna dolsun.

Ayıvını qara torpaq örtsün.

Başın batsın.

Başına ildırım düşsün.

Başın-dişin ağrısın.

Batala qalasan.

Başına daş düşsün.

Balaların ölsün.

Belin qırılsın.

Boynun sınsın.

Boyun batsın.

Baxtın qara gəlsin.

Boyunu boz ipnən ölçüm.

Boğazına şiş girsin.

Boğazından şiş çıxsın.

Ciri boğsun.

Cijiyin ciyəri yansın.

Ciləyin kəsilsin.

Ciyərin yansın.

Çörəyin kəsilsin.

Dəli ol.          

Dilinə düyün düşsün.

Dualıq olasan.

Elə dərdə düş, dərmanın tapılmasın.

Evin-eşiyin dağılsın.

Evin-eşiyin viran qalsın.

Evində ölməyəsən.

 

Əhədin kəsilsin.

Əməyin suya dönsün.

Əməyin qar suyuna dönsün.

Əlin əppəyə yetməsin.

Əlin qoynunda qalsın.

Əməyin itsin.

Ələcin kəsilsin.

İldırım vursun.

İdimin batsın.

İdimini Allah vursun.

İlan vursun.

Geri qalasan.

Gedişin olsun, gəlişin olmasın.

Gözün boz qalsın.

Gözün bozarsın.

Günün qara olsun.

Günün kösöyə dönsün.

Güllə gözünə dəysin.

Günün qara gəlsin.

Qadan qarnında qalsın.

Qanın qotura dərman olsun.

Qanına bələnəsən.

Qanın daşdara dağılsın.

Qapını Allah bağlasın.

Qara yellər qapından əssin.

Qara yığvallı qal.

Qara vurğun vursun səni.

Qara yara çıxsın dilinə.

Qayırıf-qoyduğun ellərə qismət olsun.

Qazancın qar suyuna dönsün.

Qazancın qana dönsün.

Qazandığını heç şirinliklə yeməyəsən.

Qolun qurusun.

Qızıdırma aparsın.

Qulağın Quran səsi eşitməsin.

Qulluğun qayım olmasın.

Kəndirin kəsilsin.

Kəndirini Allah kəssin.

Kələfin dolaşsın.

Kül təpənə.

Külü qoyum təpənə.

Mayıf qalasan.

Murazın gözündə qalsın.

Murazına çatmayasan.

Ocağın qaralsın.

Ocağın keçsin.

Oran ölsün.

Öləndə üstündə su tapılmasın.

Ödün böyüsün.

Payın battağa (palçığa) dönsün.

Payın kəsilsin.

Papağın boş qalsın.

Papağın mıxda qalsın.

Partlamaya düş.

Saqqalına tula bağlayım.

Səni görüm, vurğun vursun.

Səni görüm, suruğvat olasan.

Səni görüm, öz qanına boyanasan.

Səni görüm, qanına qəltan olasan.

Səni görüm, şil qalasan.

Son payın olsun.

Soyxaya qal.

Surun yeriməsin.

Şaxın qara boyansın.

Şil olasan.

Xirtiyin qovuşsun.

Xirtiyinə qarayara çıxsın.

Xirtiyin yansın.

Vayına oturum.

Vayıs öyün yıxılsın.

Vayısın öyünü Allah yıxsın.

Vurğun vursun.

Talağın dönsün.

Təpən ölsün.

Topal olasan.

Toyun vaya dönsün.

Yalın buza  dönsün.

Yanın yerdə qalsın.

Yeyib-içdiyin burnundan gəlsin.

Yeyib-içdiyin haramın olsun.

Yığvalın qara gəlsin.

Yolun qara gəlsin.

Yurdun boş qalsın.

Yurdunda bayquş ulasın.

Yurdun ellərə qalsın.

Üstünə gün doğmasın.

Üzünə daş yamansın.

Üzün üzlər görsün.

Üzün gülməsin.

Üzünü mürdəşir (ölüyüyən)  görsün.

 

 

 

HƏDƏ-QORXULAR 

* Ağız-burnunun qatığını bir-birinə qataram.

* Allaha anda olsun, beyniyin qatığını yerə tökərəm.

* Barmaqlarımın beşini də gözünə soxaram.

* Başını it başı kimi əzərəm.

* Boğazını cücə boğazı kimi üzərəm.

* Burnunu əzərəm.

* Ciyərini çəkib çıxardaram.

* Çənənin çüyünü çıxardaram.

* Dilini qopardaram.

* Gözlərinin ikisini bir deşikdən çıxardaram.

* Qanına qəltan eləyərəm.

* Qulağıyın dibini qızardaram.

* Qol-qabırğanı sındıraram.

* Səni donuz qıvlasına boğazdayaram.

* Səni qanına bələyərəm.

* Səni elə günə salaram, gəldiyin yolu yanılarsan.

* Səni elə günə salaram, siçan deşiyini satın alarsan.

* Nəfəsini kəsərəm.

* Qulağını eşşək qulağına döndərərm.

* Vallah, qılçalarını qıraram.

* Yeyib-içdiyini burnundan tökərəm.

 

 

Mənbə: Musa Nəbioğlu (Musa Nəbi oğlu Çobanov). Darvaz.     Bakı, “Bakı Mətbəəsi” ASC, 2023. 520 səh.

 

Qeyd: İstifadə edərkən mənbənin göstərilməsi mütləqdir. Əks halda müəllif hüquqlarının qorunması ilə bağlı müvafiq qanuna uyğun şəkildə tədbir görüləcəkdir. 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina