Adət-ənənələr
Novruz bayramı (Yeni Gün bayramı, Bahar bayramı) Türk mənşəli xalqlarda və İranda, Əfqanıstanda hər il baharın gəlişiylə əlaqədar qeyd olunan bayramdır. Türkiyədə bu bayrama “Nevruz”, özbəklər “Navruz”, türkmənlər “Novvruz”, qazaxlar “Naurız”, qırğızlar “Nooruz”, Krım tatarları isə “Navrez” deyirlər.
Xıdırnəbi bayramı hər il fevral ayında qeyd olunur. Qonşu kəndlərdə fevralın 15-ə yaxın olan adna axşamı (cümə axşamı) günü qeyd olunur. Darvazda isə bir qayda olaraq bu bayram hər il fevralın 15-də keçirilir. Bu bayramı bəzən dinlə əlaqələndirmək istəsələr də, əslində İslam dini ilə heç bir əlaqəsi yoxdur. Bu bayramın mənşəyi ilə bağlı müxtəlif rəvayətlər var.
Nahaq yerə demirlər ki, bir toy, bir də yas insanları bir-birinə daha da doğmalaşdırır. Hər iki halda insan kin-küdurətdən, nifrət hissindən uzaq olur. Toyda bir-birinin sevincinə şərik olur, yas düşdükdə isə qəmi bölüşürlər. Darvazlılar toyda, el şənliklərində olduğu kimi, yas mərasimlərində də həmişə özünəmxsus birlik nümayiş etdirib. Kənddə bir evdə düşən yas rəhmətə gedənin cavan, yaxud yaşlı olmasından asılı olmayaraq bütün kəndin itgisi olub.
Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!
Eldar Hacıyev
ELAN !
Bizim mail abunə
Valyuta məzənnələri | ||
Azərbaycan manatı | ![]() | |
![]() | (RUB) | //-// |
![]() | (GBP) | //-// |
![]() | (EUR) | //-// |
![]() | (USD) | //-// |
Friday | +13° | 0° | |
Saturday | +12° | 0° | |
Sunday | +14° | +2° | |
Monday | +12° | +1° | |
Tuesday | +11° | -1° | |
Wednesday | +10° | +1° |