Bakı-Tbilisi qatar reysinin açılması ilə bağlı gözləntilər artmaqdadır.
İnsanlar bu nəqliyyat vasitəsinin reallaşacağını səbirsizliklə gözləyir, çünki bu, nəinki təyinatlı şəhərlər arasında səyahəti asanlaşdıracaq, həm də yeni tariflər və xərclərlə bağlı suallar yaranır. Bu mövzuda ən çox maraqlandıran sual “Bakı-Tbilisi qatarının bileti neçəyə olacaq?”
Görəsən, əvvəlki qiymətlərə yaxın olacaqmı? Yoxsa, daha yüksək qiymətlər gözlənilirmi? Bu yazıda, əvvəlki tariflərə nəzər salacaq və yeni tariflər haqqında bəzi təxminlər irəli sürəcəyik.
Əvvəlki qiymətlər və ucuzlaşmalar:
2017-ci ilə qədər Bakı-Tbilisi qatar reysi üzrə bilet qiymətləri müəyyən artım və azalmalar göstərib.
- 2016-ci ildə:
- Plaskart vaqon: 30,16 AZN
- Kupe vaqon: 44,50 AZN
- SV vaqon: 83,77 AZN
- 2017-ci ildə:
- Plaskart vaqon: 24,54 AZN (azalma)
- Kupe vaqon: 35,32 AZN (azalma)
- SV vaqon: 58,43 AZN (azalma)
2017-ci ildən əvvəlki dövrə nisbətən qiymətlərdə müəyyən ucuzlaşma müşahidə olunub. Bu, həm Azərbaycan Dəmir Yolları, həm də digər faktorların təsiri ilə əlaqədar olub. Ucuzlaşma, ümumilikdə, səyahət edənlər üçün daha əlverişli tariflər təmin etmişdi. Lakin, qiymətlər hələ də tələbat və xərclər əsasında dəyişirdi.
Qeyd edək ki, bu qiymətlər İsveçrə frankı ilə təznimlənir.
1. 2016-cı il qiymətləri:
- Plaskart vaqon (2016):
- 30,16 AZN / 1,6500 = 18,29 CHF
- Kupe vaqon (2016):
- 44,50 AZN / 1,6500 = 26,97 CHF
- SV vaqon (2016):
- 83,77 AZN / 1,6500 = 50,74 CHF
2. 2017-ci il qiymətləri
- Plaskart vaqon (2017):
- 24,54 AZN / 1,7374 = 14,14 CHF
- Kupe vaqon (2017):
- 35,32 AZN / 1,7374 = 20,35 CHF
- SV vaqon (2017):
- 58,43 AZN / 1,7374 = 33,68 CHF
Bakı-Tbilsi qatar qiymətləri belə ola bilər…
Bugünkü məzənnə ilə, yəni 1 İsveçrə frankı (CHF) təxminən 1,9306 AZN olaraq müəyyən edilib. Belə ki, bu yeni məzənnəyə görə əvvəlki tariflərə nəzərən qiymətlərdə müəyyən dəyişikliklər baş verəcək.
Yeni təxmini qiymət cədvəli:
Vaqon Tipi | 2016-cı ilin qiyməti (CHF) | 2016-cı ilin qiyməti (AZN) | 2017-ci ilin qiyməti (CHF) | 2017-ci ilin qiyməti (AZN) | Təxmini yeni qiymət (AZN) |
---|---|---|---|---|---|
Plaskart | 18,29 CHF | 30,16 AZN | 14,14 CHF | 24,54 AZN | 28-31 AZN |
Kupe | 26,97 CHF | 44,50 AZN | 20,35 CHF | 35,32 AZN | 40-53 AZN |
SV | 50,74 CHF | 83,77 AZN | 33,68 CHF | 58,00 AZN | 65-98 AZN |
Yeni Xərclər:
- Enerji qiymətləri: Son illərdə enerji qiymətlərinin artması nəqliyyat xidmətlərinə birbaşa təsir edir. Bu, Qatar xidmətinin xərclərini artıracaq.
- Baxım və təmir xərcləri: Qatar marşrutunun davamlı və təhlükəsiz işləməsi üçün nəqliyyat vasitələrinin baxımı və təmiri lazımdır. Bu xərclər də qiymət artımına təsir edə bilər.
- Əmək haqqı və idarəetmə xərcləri: Qatarın idarə edilməsi və personalın maaşları da qiymət artımına səbəb ola bilər.
P.S. Bu təxmini qiymətlər indiki məzənnə və əvvəlki illərin tarifləri əsasında hesablanmışdır. Lakin, bu qiymətləri mütləq qəbul etmək doğru olmaz, çünki yeni xərclər, o cümlədən enerji qiymətləri və baxım xərcləri də qiymət artımına təsir göstərə bilər. Bakı-Tbilisi qatarının açılmasının insanları sevindirdiyi və maraqlandırdığı bir həqiqətdir. Amma təbii ki, qiymətlərin nə olacağı hələlik tam olaraq məlum deyil. Tarixə əsaslanaraq, qiymətlər əvvəlki dövrlərlə müqayisədə müəyyən artım göstərə bilər. Yenə də, yeni tariflərin təxmini qiymətləri dəyişəcək və yəqin ki, yenilənmiş qiymətlər əvvəlki qiymətlərlə yaxın olacaq.
Lakin, yenilənmiş qiymətlərin və tariflərin tam olaraq nə olacağı, həmçinin yeni xərclərin qiymət artımına təsiri haqqında dəqiq məlumat yalnız rəsmi açıqlamalardan sonra dəqiqləşəcəkdir. Bu səbəbdən, yeni tariflər barədə dəqiq məlumatları yalnız rəsmi açıqlamalardan sonra öyrənmək mümkün olacaq.
Az.shafaqna.com