Bu günlərdə eloğlumuz Firdovsi Bayram oğlu Bayramovun anadan olmasının 70 ili tamam olub. Bu münasibətlə hörmətli eloğlumuzu təbrik edir, ona uzun və sağlıqlı ömür, həyatının bundan sonrakı illərində də uğurlar arzulayırıq.
Firdovsi Bayramov uzun illər daxili işlər orqanlarında çalışıb və qüsursuz xidmətlərinə görə bir sıra medallarla təltif olunub, qiymətli hədiyyələrlə mükafatlandırılıb, fəxri fərman və diplomlara layiq görülüb. O, eyni zamanda Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. Hazırda Nizami rayon Polis İdarəsinin Veteranlar Şurasının sədr müavini kimi ictimai fəaliyyətlə məşğul olur.
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı onu 70 illik yubileyi münasibəti ilə “Fəxri fərman”la təltif edib.
Bu günlərdə ünvanına gələn bütün təbriklərə qoşularaq bir daha Firdovsi Bayramovu Darvaz.com adından səmimi qəlbdən təbrik edirik!