Hüquq-mühafizə işçiləri
Firdovsi Bayram oğlu Bayramov 1954-cü il dekabrın 14-də Gürcüstan SSR-in Bolnisi rayonunun Darvaz kəndində müəllim ailəsində anadan olmuşdur. 1971-ci ildə Darvaz kənd orta məktəbini bitirmişdir. 1973-1975-ci illərdə SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. 1980-ci ildə SSRİ DİN-in Dnepropetrovsk Xüsusi Milis Məktəbini “Hüquqşünas” ixtisası üzrə bitirmişdir. 1988-ci ildə SSRİ DİN-in Akademiyasının Tbilisi filialını bitirərək ali hüquq təhsili almışdır.
Niyazalı Oruc oğlu Bayramov 1933-cü il avqustun 5-də Gürcüstan SSR-in Bolnisi rayonunun Darvaz kəndində anadan olmuşdur. 1953-cü ildə Darvaz kənd orta məktəbini bitirmişdir. 1954-1957-ci illərdə SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmiş və kiçik leytenant hərbi rütbəsində ordudan tərxis olunmuşdur. 1960-cı ildə Gürcüstan SSR DİN-in Tbilisi Xüsusi Milis Məktəbini və 1974-cü ildə Rostov şəhərindəki SSRİ DİN-in Ali Milis Məktəbini bitirmişdir.
Əfəndiyev Şirxan Hüsaməddin oğlu 22.02.1984-cü il tarixdə Gürcüstan Respublikasının Bolnisi rayonunun Darvaz kəndində anadan olmuşdur. 1990-cı ildə Darvaz kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 1993-cü ilədək həmin məktəbdə oxumuşdur. 1993-cü ildə Bakı şəhərinə köçmüş, Nərimanov rayonu 66 saylı orta məktəbin 5-ci sinfində tədrisini davam etdirmiş və 2000-ci ildə qeyd olunan məktəbin 11-ci sinfini bitirərək, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuşdur. 2005-ci ildə təhsilini başa vurub Hüquqşünaslıq ixtisasına sahib olmuşdur.
Oqtay Bədəl oğlu Nəbizadə 1947-ci il iyulun 7-də Bolnisi rayonunun Darvaz kəndində anadan olub. 1963-cü ildə Darvaz orta məktəbini bitirib. 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) iqtisad fakültəsinə daxil olub, 1969-cu ildə isə Xalq Təsərrüfatı İnstitutunu (indiki İqtisad Universiteti) iqtisadi kibernetika üzrə bitirib.
Rizvan İlyas oğlu Əliyev 1948-ci ildə Bolnisi rayonunun Darvaz kəndində ziyalı ailəsində anadan olmuşdur. O, Darvaz orta məktəbini bitirmiş, sonra təhsilini Bakıda – Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda davam etdirmişdir. Həmin institutun əmtəəşünaslıq fakültəsini bitirən R.Əliyev bir müddət Bakıda ixtisası üzrə çalışmış, sonra isə Borçalıya qayıdaraq əmək fəaliyyətini burada davam etdirmişdir.
Nizami Ənvər oğlu Aşurov 1945-ci ildə Bolnisi rayonunun Darvaz kəndində ziyalı ailəsində anadan olmuşdur, burada orta təhsil almışdır. O, 1961-ci ildə Bakı Rabitə Texnikumuna daxil olmuş, 1963-cü ildə oranı bitirmişdir. Texnikumu bitirdikdən sonra Akstafada öz ixtisası üzrə işə başlamış, 8 ay burada çalışdıqdan sonra hərbi xidmətə çağırılmışdır. Üç il yarım orduda serjant rütbəsində xidmət etdikdən sonra doğma Borçalıya qayıtmış və Darvaz kənd rabitə şöbəsinin rəisi vəzifəsində əmək fəaliyyətini davam etdirmişdir.
Mais Süleyman oğlu Salmanov 1954-cü il may ayının 21-də Bolnisi rayonunun Darvaz kəndində anadan olmuşdur. 1961-ci ildə Darvaz kənd orta məktəbinin 1-ci sinfinə getmiş, 1971-ci ildə həmin məktəbi bitirmişdir.
İman Musa oğlu Əliyev 1938-ci ildə Lüksemburq (indiki Bolnisi) rayonunun Darvaz kəndində anadan olmuşdur. O, 1946-cı ildə Darvaz orta məktəbinin birinci sinfinə daxil olmuş, həmin məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılmışdır.
Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!
Eldar Hacıyev
ELAN !
Bizim mail abunə
Valyuta məzənnələri | ||
Azərbaycan manatı | ||
(RUB) | //-// | |
(GBP) | //-// | |
(EUR) | //-// | |
(USD) | //-// | |
Friday | +13° | 0° | |
Saturday | +12° | 0° | |
Sunday | +14° | +2° | |
Monday | +12° | +1° | |
Tuesday | +11° | -1° | |
Wednesday | +10° | +1° |