Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

“SABAHIN VİCDANI” ADLI KİTAB TƏQDİM OLUNUB

2024-cü il dekabrın 14-də “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği ictimai birliyinin təşkilatçılığı ilə şair Təbriz İmanın yeni nəşr olunmuş “Sabahın vicdanı” kitabının təqdimatına və anadan olmasının 50 illik yubileyinə həsr olunmuş tədbir  keçirilib. Tədbiri giriş sözü ilə açan  “Ozan Dünyası” AYTİB-nin sədri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu Təbriz İmanın həyat və yaradıcılığı haqqında geniş məlumat verib, onu rəhbərlik etdiyi ictimai birliyin “Fəxri diplomu”u ilə təltif edib. Qeyd olunub ki, şairin ilk kitabı 2006-cı ildə Xalq şairi Zəlimxan Yaqubun xeyir-duası və yazdığı önsözlə nəşr olunub. Sonrakı illərdə həm Z.Yaqubun, həm də digər tanınmış söz adamlarının ön sözü ilə daha bir neçə kitabı işıq üzü görüb.  Onun yaradıcılığını yüksək qiymətləndirən Z.Yaqub hələ illər öncə belə deyib: “Təbrizin yolu elin, sazın-sözün, məclisin, duyan ürəklərin, sevən könüllərin yoludur. Bu yol onu ucalığa, yüksəkliyə, uğura, zirvəyə doğru aparır, haqqa-həqiqətə doğru çəkir.

Təbriz İman Allaha, Tanrıya, yerə-göyə, təbiətə, hə­qiqətə bağlı şair olduğu üçün şeirləri təbii və səmimidir. Onun şeirləri ona görə təbiidir ki, qoynunda yaşadığı təbiəti yaxşı duyur, görür, oxuyur, düşünür və düşündürür”.

Sonra “Borçalı cəmiyyəti” İB-nin sədri Ramiz Həsənov çıxış edərək şairi həm yeni kitabının nəşr olunması, həm də anadan olmasının 50 illik yubileyi münasibəti təbrik edib, yeni yaradıcılıq uğurları arzulayıb.

Uluslararası “Alaş” Ədəbiyyat mükafatı laureatı, təqdim olunan kitabın önsözünün müəllifi Əkbər Qoşalı öz çıxışında Təbriz İmanın yaradıcılığındakı özünəməxsusluqları qeyd edib, vurğulayıb ki, Təbriz Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alsa da, şeirləri “sənayeləşməyib”: “Təbrizin şeirləri torpaq qoxuyur, su səsi gətirir, dağ-daş əzəmətini yan­sıdır... Onun şeirləri təbiətin özü kimidir...”

Tədbirdə çıxış edənlərdən Qalib Arif, Rəfail İncəyurd, Müşfiq Borçalı, Sərdar Əlibəyli, Fəxri Hacıyev, Məhəbbət Nizam, Səringül Sadə, Səadət Novruzqızı, Rəşid Hacılar və digərləri təqdim olunan kitab barəsində öz fikirlərini bildirərək şairin yaradıcılığını yüksək dəyərləndirib, ona daha böyük uğurlar arzulayıblar.

Sonda Təbriz İman çıxış edərək tədbirin təşkilatçalarına və iştirakçılara, eləcə də son illərdə kitablarının işıq üzü görməsində maddi dəstəyini əsrigəməyən İlham Bayramov və Fərhad Muxtarova minnətdarlığını bildirib.

Xatırladaq ki, Təbriz İman Gürcüstanda doğulub boya-başa çatıb və burada yazaıb-yaratmağa başlayıb. “Sabahın vicdanı” onun səkkizinci kitabıdır. Bundan əvvəl “Dərdə sarı yeriyirəm”, “Haqq səsinə salam verdim”, “Yerlə göyün arasıdır ünvanım”, “Göylərə göydən baxıram”, “Dağlar məndən inciməsin” və “Mənim yolum saz yoldur”, “Mənim ömrüm bir dənizdir” adlı kitabları işıq üzü görüb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina