Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 4 noyabr 2024-cü il tarixli sərəncamı ilə Yaşar Adil oğlu Ömərov Azərbaycan Texnologiya Universitetinin rektoru təyin edilib. Bu münasibətlə hörmətli Yaşar Ömərovu təbrik edir, ona fəaliyyətində uğurlar arzu edirik.
Onu da qeyd etmək lazımdır ki, Yaşar Adil oğlu son illərdə Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsini icra edirdi və bu ali təhsil ocağında əsaslı dönüş yaratmağa nail olmuşdu. Möhtərəm Prezidentin bu sərəncamı da məhz Yaşar müəllimin son illərdə bu ali təhsil ocağında əldə etdiyi uğurlara ölkə başçısı tərəfindən verilən yüksək qiymət və bu istiqamətdə gələcək fəaiyyətində böyük etimad kimi çox dəyərlidir.
Hörmətli eloğlumuzu bu təyinat münasibəti ilə təbrik edir, daha böyük uğurlara imza atmasını arzulayırıq.
Musa Nəbioğlu