Elm adamları
Elimin-obamın hər oğulu, hər qızı mənim üçün əzizdir. Doğma yurdun adını ucaldanlara, onun şöhrətini dünyaya yayanlara hörmətim və rəğbətim isə ikiqat artıqdır. Müəyyən səbəblərdən onlarla tez-tez ünsiyyətdə ola bilməsəm də, fəaliyyətlərini daim izləmiş, hər uğurlarına sevinmişəm. Sevinmişəm ki, elimizin belə ləyaqətli övladları var. Adları çəkilən yerdə qürurla demişəm ki, mənim eloğlumdur. Və bacardığım qədər çalışmışam ki, yurdumuzun başucalığı olan belə eloğlularımızı daha geniş ictimaiyyətə təqdim. Qoy onları cəmiyyət, xüsusən də gənclər daha yaxından tanısın.
Darvazlı alimlərin siyahısına bir ad da əlavə olundu: Hüsniyyə Mədəd qızı Çobanova!
2021-ci il iyun ayının 1-də Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda “Gürcüstan ərazisindəki türk mənşəli etnotoponimlərin linqvistik xüsusiyyətləri” (elmi rəhbəri:filologiya elmləri doktoru, professor İsmayıl Kazımov) mövzusunda dissertasiya işini uğurla müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcsinə layiq görülən Hüsniyyə Çobanova həm də Darvazın ilk alim qadınıdır.
Murtuz Novruz oğlu Məmmədov 1943-cü ildə Bolnisi rayonunun Darvaz kəndində ziyalı ailəsində anadan olmuşdur.
O, 1960-cı ildə Darvaz orta məktəbini əla qiymətlərlə bitirərək Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutuna (indiki BSU) daxil olmuş, 1965-ci ildə ali təhsilini başa vurmuşdur.
Valeh Əlipaşa oğlu Hacıyev 1951-ci ildə Bolnisi rayonunun Darvaz kəndində anadan olub. 1968-ci ildə orta məktəbi, 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji Dillər İnstitutunu (indiki ADDU) bitirib.
1973-cü ildə A.S.Puşkin adına Tiflis Dövlət Pedaqoji İnstitutunda Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi kimi fəaliyyətə başlayıb, 1989-cu ildə həmin kafedranın müdiri seçilib.
Mədəd Namaz oğlu Çobanov 1937-ci ildə Lüksemburq (indiki Bolnisi) rayonunun Darvaz kəndində anadan olub. 1955-ci ildə orta məktəbi və 1960-cı ildə Tiflis Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirib. Bir müddət Bolnisi Rayon Komsomol və Rayon Partiya Komitəsində təlimatçı işləmişdir.
Məhəmmədəli Novruz oğlu Məmmədov 1934-cü ildə Lüksemburq (indiki Bolnisi) rayonunun Darvaz kəndində anadan olub. 1953-cü ildə orta məktəbi, 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) məntiq-psixologiya fakültəsini bitirib. 1959-cu ildə BDU-nun aspiranturasına daxil olub.
Polad Fərman oğlu Gülməmmədov əslən Bolnisi rayonunun Darvaz kəndindəndir.
1973-cü ildə Donetsk şəhərində ziyalı ailəsində anadan olmuşdur. Donetsk rus orta məktəbini bitirmişdir.
1996-cı ildə Donetsk Dövlət Tibb Universitetini bitirmişdir. Əmək fəaliyyətinə Donetsk vilayətində həkim-cərrah kimi başlamışdır.
Tofiq Oruc oğlu Məmmədov 1948-ci ildə Bolnisi rayonunun Darvaz kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1965-ci ildə Darvaz kənd orta məktəbini bitirdikdən sonra ADU-nun biologiya fakültəsinə daxil olmuşdur. 1970-ci ildə universiteti bitirdikdən sonra Azərbaycan SSR EA-nın Genetika və seleksiya İnsitutunda baş laborant kimi əmək fəaliyyətinə başlamışdır. Həmin ilin dekabr ayında ADU-nun biologiya fakültəsinin zəmanəti ilə EA-nın Zoologiya İnstitutunda Heyvanlarm genetikası laboratoriyasına istehsalatdan ayrılmaqla aspiranturaya daxil olmuşdur.
Sergey Xıdırnəbi oğlu Əhmədov 1941-ci ildə Borçalı mahalının Bolus nümayəndəliyinin (indiki Bolnisi rayonu) Darvaz kəndində anadan olmuşdur. Orta təhsilini Bolnisi şəhərindəki rus orta məktəbində almışdır. 1957-ci ildə A.S. Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun rus filologiyası fakültəsinə daxil olmuşdur. 1961-1965-ci illərdə əvvəlcə Bolnisi rayonunun Kəpənəkçi kəndində, sonra isə rayon mərkəzindəki rus orta məktəbində müəllim işləmişdir.
Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!
Eldar Hacıyev
ELAN !
Bizim mail abunə
Valyuta məzənnələri | ||
Azərbaycan manatı | ||
(RUB) | //-// | |
(GBP) | //-// | |
(EUR) | //-// | |
(USD) | //-// | |
Friday | +13° | 0° | |
Saturday | +12° | 0° | |
Sunday | +14° | +2° | |
Monday | +12° | +1° | |
Tuesday | +11° | -1° | |
Wednesday | +10° | +1° |