1965-1970-ci illərdə M. Lomonosov adına MDU-nun fəlsəfə fakültəsində oxumuş və sonra həmin Universitetin aspiranturasına qəbul olunmuşdur.
Dissertasiya mövzusunu tamamlayıb və 1973-cü ildə namizədlik dissertasiyası müdafiə edərək elmi dərəcə almışdır. 1974-1978-ci illərdə M. Lomonosov adına MDU-nun fəlsəfə kafedrasında dosent vəzifəsində çalışmışdır. 1978-1980-cı illərdə Polşa dövlətinə elmi ezamiyyətə göndərilmişdir. O, burada elmi-pedaqoji işlə məşğul olmuş, elmi məqalələr çap etdirmişdir.
Sergey Əhmədovun 10-a qədər elmi əsəri çap olunmuşdur. Bu məqalələrin əksəriyyəti MDU-nun çox tirajlı jurnallarında və ittifaqın digər məcmuələrində dərc olunmuşdur.
Sergey Əhmədov 1981-ci ildə vəfat etmişdir.



Sergey Xıdırnəbi oğlu Əhmədov 1941-ci ildə Borçalı mahalının Bolus nümayəndəliyinin (indiki Bolnisi rayonu) Darvaz kəndində anadan olmuşdur. Orta təhsilini Bolnisi şəhərindəki rus orta məktəbində almışdır. 1957-ci ildə A.S. Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun rus filologiyası fakültəsinə daxil olmuşdur. 1961-1965-ci illərdə əvvəlcə Bolnisi rayonunun Kəpənəkçi kəndində, sonra isə rayon mərkəzindəki rus orta məktəbində müəllim işləmişdir.