Həkimlər
Polad Fərman oğlu Gülməmmədov əslən Bolnisi rayonunun Darvaz kəndindəndir.
1973-cü ildə Donetsk şəhərində ziyalı ailəsində anadan olmuşdur. Donetsk rus orta məktəbini bitirmişdir.
1996-cı ildə Donetsk Dövlət Tibb Universitetini bitirmişdir. Əmək fəaliyyətinə Donetsk vilayətində həkim-cərrah kimi başlamışdır.
Fərman İbrahim oğlu Gülməmmədov 1939-cu ildə Lüksemburq (indiki Bolnisi) rayonunun Darvaz kəndində anadan olub. 1958-ci ildə orta məktəbi və 1964-cü ildə Ukraynanın Donetsk şəhərində Tibb İnstitutunu bitirib.
1971-ci ildə namizədlik və 1984-cü ildə doktorluq dissertasiyasını müdafiə edib.
Rauf Zakir oğlu Nəbizadə 1983-cü ildə Tbilisi şəhərində anadan olub. Birinci sinfə Darvaz orta məktəbində getsə də, sonra ixtisasca həkim olan valideynlərinin o vaxtlar Gürcüstanda soydaşlarımıza qarşı aparılan ayrı-seçkilik siyasəti nəticəsində öz iş yerlərini itirərək Bakıya köçmələri səbəbindən birinci sinfin ikinci yarımilindən təhslini Baki şəhərindəki 12 saylı orta məktəbdə davam etdirib.
Şamil Həsən oğlu Əliyev 1936-cı il iyun ayının 5-də Bolnisi rayonunun Darvaz kəndində anadan olub. 1954-cü ildə Darvaz kənd orta məktəbini bitirib və elə həmin ildə də Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub.
Farmiz Şamil oğlu Əliyev 1972-ci il oktyabr ayının 19-da anadan olub. 1989-cu ildə Dmanisidə orta məktəbi bitirib. Atası Borçalıda tanınmış həkim olan Şamilin və böyük qardaşı Fuadın yolu ilə gedərək həkim olmağı qarşısına məqsəd qoyub və 1990-cı ildə Tümen Tibb Akademiyasının müalicə işi fakültəsinə daxil olub. 1996-cı ildə ali təhsilini başa vuraraq endoskopist ixtisasına yiyələnib.
Güləhməd Museyib oğlu Güləhmədzadə 1935-ci il avqust ayının 21-də Bolnisi rayonunun Darvaz kəndində anadan olmuşdur. O, 1942-ci ildə Darvaz orta məktəbinin birinci sinfinə getmiş, 1952-ci ildə həmin məktəbi bitirmişdir.
Mirsayyaf Həsən oğlu Məmmədov 1948-ci il fevral ayının 4-də Bolnisi rayonunun Darvaz kəndində anadan olmuşdur. 1966-cı ildə Darvaz kənd orta məktəbini bitirmiş ve elə həmin ildə də N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsinə daxil olmuşdur.
Məhərrəm Camal oğlu Məmmədov 1959-cu ildə Bolnisi rayonunun Darvaz kəndində anadan olmuşdur. 1966-cı ildə Darvaz orta məktəbinin birinci sinfinə getmiş, 1976-cı ildə həmin məktəbi bitirmişdir. Həmin il sənədlərini N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə versə də müsabiqədən keçə bilməmişdir. O, iki il istehsalatda çalışmış, 1978-1980-ci illərdə isə Sovet ordusu sıralarında hərbi xidmət etmişdir.
Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!
Eldar Hacıyev
ELAN !
Bizim mail abunə
Valyuta məzənnələri | ||
Azərbaycan manatı | ||
(RUB) | //-// | |
(GBP) | //-// | |
(EUR) | //-// | |
(USD) | //-// | |
Friday | +13° | 0° | |
Saturday | +12° | 0° | |
Sunday | +14° | +2° | |
Monday | +12° | +1° | |
Tuesday | +11° | -1° | |
Wednesday | +10° | +1° |