Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

 TƏBRİZ İMAN

 

Qış gəlir, zirvəndə qarından ötrü,
Ürəyim göynəyir, telli Darvazım.
Burnumda yovşanın, mamırın ətri,
Pərişan halımdan bəlli, Darvazım.

 

Görən, tək mənəmmi dərdi qövr edən,
Hıçqıra - hıçqıra dözən, səbr edən,
Şindiyə söykənib, yurdu seyr edən,
Otuziki para elli Darvazım.

 

Bineydən izimin sayası Türkdən,
Abırı, isməti, həyası Türkdən,
Geninin qanının mayası Türkdən,
Ərdən, ərənlərdən döllü Darvazım.

 

İllərdi sənsizəm, olmuşam nalan,
Çırpınır qəfəsdə bu şair balan.
Qarsdan, Ərdəhandan havasın alan,
Aranlı, yaylaqlı, çöllü Darvazım.

 

Bulaqların dodağımın sevinci,
Al günəşin otağımın sevinci,
Ailəmin, ocağımın sevinci,
Aynası dumandan tüllü Darvazım.

 

Təbriz İman qəm becərib, qəm dərib,
Kim deyir ki, qəmlərini kəm dərib.
Sənsiz vətəndə də qəribəm, qərib,
A mənim çiçəkli, güllü Darvazım.

 

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina