F.Gülməmmədov 1991-1994-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Qastroentorologiya İnstitutunun professoru kimi fəaliyyət göstərib.
1995-ci ildə yenidən Ukraynaya qayıdıb və elə o vaxtdan da Donetsk Tibb Universitetinin ümumi cərrahlıq kafedrasının müdiri vəzifəsində çalışır. 300-dən çox elmi məqaləsi, bir neçə fundamental elmi monoqrafiyası nəşr olunub. Onun rəhbərliyi altında bir neçə doktorluq və namizədlik dissertasiyaları müdafiə olunub.
O, keçmiş SSRİ-nin “Səhiyyə əlaçısı” və Ukraynanın Əməkdar elm xadimi fəxri adına layiq görülüb, bir sıra mükafatlarla təltif olunub.



Fərman İbrahim oğlu Gülməmmədov 1939-cu ildə Lüksemburq (indiki Bolnisi) rayonunun Darvaz kəndində anadan olub. 1958-ci ildə orta məktəbi və 1964-cü ildə Ukraynanın Donetsk şəhərində Tibb İnstitutunu bitirib.