Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

DARVAZIN İLK ALİM QADINI

Darvazlı alimlərin siyahısına bir ad da əlavə olundu: Hüsniyyə Mədəd qızı Çobanova!  

2021-ci il iyun ayının 1-də Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda “Gürcüstan ərazisindəki türk məəli etnotoponimlərin linqvistik xüsusiyyətləri” (elmi rəhbəri:filologiya elmləri doktoru, professor İsmayıl Kazımov) mövzusunda dissertasiya işini uğurla müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcsinə layiq görülən Hüsniyyə Çobanova həm də Darvazın ilk alim qadınıdır. 

 

 

Hüsniyyə Mədət qızı Çobanova 1971-ci il mayın 18-də Bolnisi rayonunun Darvaz kəndində tanınmış dilçi alim, filologiya elmləri doktoru, professor Mədət Çobanovun ailəsində dünyaya gəlib.  

1978-ci ildə Darvaz orta məktəbinin 1-ci sinfinə daxil olan Hüsniyyə Mədəd qızı 1988-ci ildə Tbilisi şəhərindəki M.F.Axundov adına 73 nömrəli Azərbaycan orta məktəbini bitirib və həmin ildə də Tbilisi Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə daxil olub. 1993-cü ildə həmin ali məktəbdə təhsilini fərqlənmə diplomu ilə başa vurub.

1993-cü ilin sentyabr ayında Bakı şəhəri Xətai rayonu 24 nömrəli orta məktəbində pedaqoji fəaliyyətə başlayan Hüsniyyə Mədət qızı 2007-ci ilin fevral ayından Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Humanitar və Sosial fənlər kafedrasında müəllim kimi çalışmağa başlayıb, hazırda kafedranın baş müəllimidir. 

H.Çobanova 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda doktoranturaya daxil olub.

İndiyədək üç metodik vəsait, 1 dərslik proqramı tərtib edib, 25-dək elmi məqaləsi, dissertasiya ilə bağlı isə 12 məqaləsi respublikamızda və xaricdə, AAK-ın tələblərinə cavab verən elmi jurnallarda işıq üzü görüb, respublika konfranslarında, Azərbaycanda keçirilən Beynəlxalq konfranslarda, eləcə də xarici ölkələrdə Beynəlxalq konfrans materialları jurnallarında  çap olunub.

 Hüsniyyə xanımı bu böyük uğuru münasibəti ilə darvaz.com olaraq bütün eloğlularımızın adından təbrik edir, şəxsi həyatında və elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!

 

Elşad Çobanlı

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina