Elmi tədqiqatla yanaşı pedaqoji fəaliyyətlə də məşğul olmuş, Bədən Tərbiyəsi və Politexnik İnstitutlarında iqtisadiyyat fənnindən dərs demişdir. Bir elmi məqalənin müəllifidir.
Hazırda İqtisad Universitetində elmi-pedaqoji fəaliyyətini davam etdirir. Əli Hacıyev elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, bir neçə elmi konfransda iştirak edib, məqalələr çap etdirmişdir. Əli Hacıyev 1980-ci ildən dosentdir. Doktorluq dissertasiyasını tamamlamış və müdafiə üçün təqdim etmişdir.
Əli Hacıyev 2001-ci ilin yanvarından İqtisad Universitetində kafedra müdiri, may ayından isə fakültə dekanı vəzifəsində çalışıb. Hazırda da elmi-pedaqoji fəaliyyətini bu universitetdə davam etdirir.



Əli Vəli oğlu Hacıyev 1949-cu ildə Bolnisi rayonunun Darvaz kəndində ziyalı ailəsində anadan olmuşdur. 1966-cı ildə Darvaz orta məktəbini əla qiymətlərlə bitirmişdir. Həmin ildə Bakıda qəbul imtahanlarını müvəffəqiyyətlə verib Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuşdur. Ali məktəbi bitirdikdən sonra aspiranturaya daxil olmuş, 1976-cı ildə namizədlik dissertasiyası müdafiə edib iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır.