Salmanlı haqqında məlumatı Əliyev Kərəm Mehman oğlu verib. Onun dediklərinə görə, bu nəslin Darvazda ilk nümayəndələri kimi bilinən SALMAN Qars vilayətindən gəliblər. Bu gün Darvazda Salmanlı yaxud Salman öyü kimi tanınan bu nəsil Salmanın törəmələridirlər. Hazırda bir neçə soyadı daşıyırlar: Salmanov, Əliyev, Vəliyev.
Salmanın ZAMAN adlı bir qardaşı da olub ki, o, Türkiyədə qalıb. Onun törəmələri hazırda Türkiyənin Ərdahan vilayətində, Çıldıra bağlı Ağçaqala kəndində yaşayır və Zamanoğluları kimi tanınırlar.
Siyahı Darvaz orta məktəbinin arxivindən – məzunlara attestatların verilməsi barədə qeydlərin aparıldığı jurnaldan götürülüb. Bu səbəbdən də burada yanlışlıq olması mümkünsüzdür. Əgər təsadüfən kiminsə adında, soyadında, atasının adında və ya doğum tarixində yanlışlıq varsa, xahiş edirik ki, bizə xəbər verin. Mümkün ola biləcək yanlışlıqlar da bizdən asılı səbəblərdən deyil. Çünki biz məktəbdən götürdüyümüz siyahını necə var, eləcə də burda veririk.
Hələlik 1963-cü ildən bu yana olan məzunların siyahısını əldə edə bilmişik.
Siyahının əldə edilməsi üçün yaratdıqları şəraitə görə Darvaz orta məktəbinin direktoru Müseyib Qəmbərova və məktəbin dərs hissə müdiri Raqif Əhmədova minnətdarlığımızı bildiririk.

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!
Eldar Hacıyev
ELAN !
Bizim mail abunə
| Valyuta məzənnələri | ||
| Azərbaycan manatı | ||
| (RUB) | //-// | |
| (GBP) | //-// | |
| (EUR) | //-// | |
| (USD) | //-// | |
| Friday | +13° | 0° | |
| Saturday | +12° | 0° | |
| Sunday | +14° | +2° | |
| Monday | +12° | +1° | |
| Tuesday | +11° | -1° | |
| Wednesday | +10° | +1° |






