Həmid Hüseyn oğlu Şabanov 1938-ci il martın 14-də Bolnisi rayonunun Dəmirli kəndində anadan olub. 1946-cı ildə Dəmirli kəndindəki ibtiadi məktəbin birinci sinfinə gedib, 1957-ci ildə isə Darvaz orta məktəbini bitirib. 1957-ci ildə H.Zərdabi adına Kirovabad (Gəncə) Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olub, 1962-ci ildə ali təhsilini başa vurub.



Rafiq Hümmət 1965-ci il fevralın 13-də Borçalıda - Gürcüstanın Bolnisi rayonunun Darvaz kəndində anadan olub. 1982-ci ildə doğma kəndində orta məktəbi, 1991-ci ildə S.S.Orbeliani adına Tbilisi Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirib. Həmin ildən etibarən bir müddət "Sovet Gürcüstanı" (indiki "Gürcüstan") və Rustavi şəhərində nəşr olunan "Region" qəzetlərində çalışıb. 1998-ci ildən bir neçə il Bakıda yaşayıb və burada bir çox mətbu orqanlarla, o cümlədən "Şərq", "Faktor", "Yeni Azərbaycan" qəzetləri ilə əməkdaşlıq edib, "Milliyət" qəzetinin baş redaktoru olub.

Şamil Həsən oğlu Əliyev 1936-cı il iyun ayının 5-də Bolnisi rayonunun Darvaz kəndində anadan olub. 1954-cü ildə Darvaz kənd orta məktəbini bitirib və elə həmin ildə də Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub.
Farmiz Şamil oğlu Əliyev 1972-ci il oktyabr ayının 19-da anadan olub. 1989-cu ildə Dmanisidə orta məktəbi bitirib. Atası Borçalıda tanınmış həkim olan Şamilin və böyük qardaşı Fuadın yolu ilə gedərək həkim olmağı qarşısına məqsəd qoyub və 1990-cı ildə Tümen Tibb Akademiyasının müalicə işi fakültəsinə daxil olub. 1996-cı ildə ali təhsilini başa vuraraq endoskopist ixtisasına yiyələnib.

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!
Eldar Hacıyev
ELAN !
Bizim mail abunə
| Valyuta məzənnələri | ||
| Azərbaycan manatı | ||
| (RUB) | //-// | |
| (GBP) | //-// | |
| (EUR) | //-// | |
| (USD) | //-// | |
| Friday | +13° | 0° | |
| Saturday | +12° | 0° | |
| Sunday | +14° | +2° | |
| Monday | +12° | +1° | |
| Tuesday | +11° | -1° | |
| Wednesday | +10° | +1° |


