Darvazda böyük nəsillərdən biri də Hacı öyüdür. Digər nəsillərdən fərqli olaraq, bu nəsildə soyad müxtəlifliyi, demək olar ki, yoxdur. Əksəriyyət Hacıyev soyadını daşıyır. Yalnız Abuzər və Elizbar müəllimgilin soyadı Abdullayevdir.
Bu nəsil haqda təxminən 10 ildən artıq bundan əvvəl rəhmətlik Hacıyev Vəlidən – doxtur Vəlidən bilgilər almışdım. Sonra isə Rəşid Hacılar nəsil şəcərəsini yazıb verdi. Onun dediyinə görə, hələ neçə illər öncə Hacı öyünün və Darvazın çox ləyaqətli kişilərindən olan rəhmətlik Eldar Hacıyev nəslin Darvaza gəlmə tarixi və şəcərəsi ilə bağlı müəyyən araşdırmalar aparıb. Sonra bu araşdırmaları rəhmətlik Valeh Hacılar davam etdirib, Gürcüstanın dövlət arxivində araşdırmalar apararaq, öz nəsli ilə yanaşı, Darvazdakı bir çox nəsillər haqda da maraqlı məlumatlar aşkarlayıb. Bu haqda özünün 2006-cı ildə Tiflisdə nəşr etdirdiyi “Ulu baban kim olub” adlı kitabında geniş məlumat verib. Həmin məlumatlara söykənən Rəşid Hacılar (Hacıyev) nəslin Darvaza gəlmə tarixini 1760-cı il kimi göstərir. Əldə olunan məlumatlarda nəslin Darvaza gələn ilk nümayəndəsinin Qulu adlı şəxs olduğu bildirilir. O, Türkiyənin Qars vilayətindən gəlib.
Nəsil şəcərəsi ilə bağlı təqdim olunan məlumat 2007-ci il aprelin 12-dək olan vəziyyəti əks etdirir.
Beləliklə, Rəşid Hacıyevin məlumatı əsasında hazırladığım Hacı öyünün nəsil şəcərisini təqdim edirik. Hər hansı bir yanlışlıq varsa, bəribaşdan bu nəslin nümayəndələrindən üzr istəyir və irad və təklifləri nəzərə alaraq şəcərəni yenidən hazırlaya biləcəyimizi diqqətinizə çatdırırıq.

Rusiyadakı terrorda həlak olan azərbaycanlı qız əslən Borçalıdandır
Çərşənbə axşamı, 04 Aprel 2017 10:09 Nəşr et XəbərlərDarvazda ən böyük nəsillərdən olan Martalar haqqında bu məlumatı bizə İsmayılov Ramazanın nəvəsi (Musa oğlu) Alı təqdim edib. Çağırışımıza səs verdiyinə görə gənc eloğlumuza saytımızın adından təşəkkür edirik. Və qeyd etmək istəyitir ki, nəsil şəcərəsi haqda məlumatın tamamlanmasına ehtiyac var. Belə ki, Alı bizə bu nəslin Qazaxdan gəlmiş üç qardaşdan (İsmayıl, Alı və Pirverdi) biri – İsmayılın törəmələri haqqında geniş məlumat verib. Digər iki qardaşın – Alı və Pirverdinin törəmələri haqda da geniş məlumatı verməyi nəslin bu barədə məlumatlı nümayəndələrindən xahiş edirik.
Məlumatlarda hər hansı yanlışlıq olarsa, buna görə əvvəlcədən üzr istəyir, irad və təklifləriniz əsasında yeni mükəmməl bir variantın hazırlanacağını nəərinizə çatdırırıq.
Sağlam qida Balqabaq şirəsinin faydalı və müalicəvi xüsusiyyətləri
Çərşənbə axşamı, 28 Mart 2017 10:43 Nəşr et Dünyada nələr olur?
Əflatun Amaşov: “Gürcüstanda azərbaycandilli mətbuatın inkişaf etdirilməsinə nail olacağıq”
Çərşənbə axşamı, 28 Mart 2017 10:25 Nəşr et Xəbərlər

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!
Eldar Hacıyev
ELAN !
Bizim mail abunə
| Valyuta məzənnələri | ||
| Azərbaycan manatı | ||
| (RUB) | //-// | |
| (GBP) | //-// | |
| (EUR) | //-// | |
| (USD) | //-// | |
| Friday | +13° | 0° | |
| Saturday | +12° | 0° | |
| Sunday | +14° | +2° | |
| Monday | +12° | +1° | |
| Tuesday | +11° | -1° | |
| Wednesday | +10° | +1° |






