Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Qoz yarpağı - Min bir dərdin dərmanı

Qoz yarpağı hələ qədim dövrlərdən bir çox xəstəliklərin müalicəsində istifadə edilib.
Oxucuları dərman bitkisi sayılan qoz yarpağının faydaları ilə tanış edirik.
Qoz yarpağının ən mühüm faydası odur ki, bədəndə olan toksinləri xaric edir. Bu bitkinin çayından mütəmadi olaraq istifadə bədəndə olan mikrob, bakteriya və toksinlərdən xilas olmağa kömək edir. Çay xüsusilə bağırsaqlarda olan qurdları tökmək üçün effektlidir.
Bütün xərçəng növlərinin alternativ müalicəsində də qoz yarpağından geniş istifadə edilir. Orqanizmdə sürətlə artan bədxassəli hüceyrələrin məhv edilməsi prosesində qoz yarpağının olduqca müsbət nəticələr verdiyi müşahidə olunub.
Qoz yarpağından hazırlanan məlhəm və məcunlar yaraların sağalma prosesini sürətləndirir.
Qoz yarpağı saçların daha sağlam və sürətlə uzanmasına kömək edir. Bunun üçün qoz yarpaqlarınıəzərək məcun halına gətirib şampuna əlavə edin.
Qoz yarpağından hazırlanan lasyon isə dərinin qocalma prosesini ləngidir. Bunun üçün yarım litr su və 20 qram qurudulmuş qoz yarpağı kifayətdir. Suyun temperaturu 50-60 dərəcə olmalıdır. Yarım litr suyun içinə qoz yarpaqlarını xırda-xırda əzib atıb qarışdırın. Lasyonun hazır olması üçün 1 saat gözləyin.
Necə istifadə edilir?
Səhər və axşam gündə 2-3 dəfə istifadə edin. Suyu pambıq disklərin köməyi ilə üzünüzə kompres edərək çəkin. Bu lasyon sayəsində dəridəki sızanaqlar və sızanaq izləri yox olacaq.
Qoz çayının faydaları aşağıdakılardır:
Bağırsaq parazitlərinin yaranmasının qarşısını alır.
Revmatizm müalicəsində müalicəvi təsirə malikdir.
Podaqra xəstəliyini müalicə edir.
Qanda şəkərin miqdarını aşağı salır.
Əsl C vitamini anbarıdır.
Qoz yarpağının çayı necə hazırlanır?
Bir çay qaşığı üyüdülmüş qoz yarpağını 1 su stəkan qaynar suya əlavə edib 5 dəqiqə dəmlənməsini gözləyin. Sonra bu çayı gün ərzində 1 və ya 2 stəkan qurtum-qurtum için.
Qoz yarpaqlarını nə vaxt toplamalı?
Qoz ağacı yarpaqları may ayında çiçək verir, iyunun ortalarına doğru yarpaqlar yığılmalı konsistensiyaya gəlir.

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina