Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

 

TƏBRİZ İMAN

 

Dəyərli insan, gözəl şair Rəşid Hacıların mənə ünvanladığı "Kəndə gəl" rədifli şeirinə cavab olaraq, "Gedəcəm" rədifli şeirimi sizlər üçün paylaşıram, əziz dostlar.

 

R.H. Bilirəm, ürəyin orda döyünür,
Şair, mən gedirəm, çalış sən də gəl.
Ritmi pozulmasın gözəlliklərin,
Kəkliklər yamacda deyişəndə gəl,
İntizarda qoyma, bu il kəndə gəl.
 
T.İ. Get, uğurun xeyir olsun, şairim,
Açılar mənim də yolum, gedəcəm.
Anam sovqatımı göndərə bilmir,
Kəntdədir qaymağım, balım, gedəcəm,
Kəntsiz yaman pisdir halım, gedəcəm.
 
R.H. Bulaqların zümzüməsi çağırır,
Meşələrin bənövşəsi çağırır,
Təbiətin yaz nəfəsi çağırır,
Şəhərdə nəfəsin təngiyəndə gəl,
İntizarda qoyma, bu il kəndə gəl.
 
T.İ. Bulaqların zümzüməsi ilacım,
Təbiətin ağuşunda dil açım.
Boyun büküb qapısında əl açım,
Tanrıdan icazə alım, gedəcəm,
Kəntsiz yaman pisdir halım, gedəcəm.
 
R.H. Darıxıram "Qırx bulağı"a çatmağa,
Dağ çayının sularına batmağa.
Nəfəsimi nəfəsinə qatmağa,
Yaylaq görüşünə at belində gəl,
İntizarda qoyma, bu il kəndə gəl.
 
T.İ. "Qırx bulaq"dan qalxan kəklik qonammır,
Dağ çayları sərt qayanı yonammır.
Yaylaqlarsız şəhər məni qanammır,
Qövr edir köksümdə xalım, gedəcəm.
Kəntsiz yaman pisdir halım, gedəcəm.
 
R.H. Uşaqlıqdan həmdəmindir o dağlar,
Hər daşında neçə yadigarın var.
Səni azdırammaz dolama yollar,
Rəşid deyir lap dumanda, çəndə gəl,
İntizarda qoyma, bu il kəndə gəl.
 
T.İ. O dağların dolayları gözümdə,
Əmanətdir, saxlayıram özümdə.
Təbrizdə qalmayıb səbr, dözüm də,
Artır saçlarımda çalım,gedəcəm,
Kəntsiz yaman pisdir halım, gedəcəm. 
 
 
Bakı,03 may 2022-ci il.
 
 
 
 
 
 
 
 
 
 
 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina