8 Noyabr “Zəfər Günü” münasibətilə YAP Xətai rayon Təşkilatı və Xətai Rayon İcra Hakimiyyəti birgə təşkilatçılığı ilə Xətai rayon məktəblərinin 9-11 sinifləri arasında “ZƏFƏR ZİRVƏSİNƏ YÜKSƏLƏN QƏHRƏMANLAR” mövzusunda inşa yazı müsabiqəsi təşkil edilmişdir.
24 nömrəli tam orta məktəbin 11”C” (rus bölməsi) sinif şagirdi darvazlı Tamam Çobanlı (Səməd həkimin nəvəsi) III yerə layiq görülmüşdür. Həmçinin 11”C” (rus bölməsi) sinif şagirdi İlahə Pənahova müsabiqədə Fərqləndiyi üçün diplom və hədiyyə ilə təltif edilmişlər.
Şagirdlərimizlə qürur duyur və onlara daha böyük uğurlar arzulayırıq.