Bu yubiley günündə isə şair-publisist, Uluslararası "ALAŞ" ədəbi mükafatı laureatı, əziz dostumuz Əkbər Qoşalının xeyir-duası və yazdığı ön sözlə 8-ci kitabı nəşr olunub!
Söz adamı üçün, əslində hamı üçün, ömrün arxada qalan 50 ilinin yubiley məqamı həm də bir hesabat deməkdir: Cəmiyyət qarşısında, el-oba, doğmalar və dostlar qarşısında hesabat. Həm də SÖZ qarşısında hesabatdır bu məqam!
Əzizimiz Təbriz İman, Sən cəmiyyət qarşısında alnıaçıq olduğun kimi, SÖZ qarşısında da üzüağsan. Çünki bu günədək söz xətrinə söz demədin, SÖZü urvatdan salmadın! Nə yazdınsa ürəkdən yazdın, hamının gördüyü həqiqətləri, günümüzün reallıqlarını sözün qüdrətinə sığınıb bədii dillə ifadə etməkdən də çəkinmədin!
50 yaşını müqəddəs məkanda - Məkkədə qarşıladın, Allah ziyarətini qəbul eləsin!
Ömrün uzun, canın sağlam, ruzin və uğurların bol olsun!
Darvaz.com