Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

 

Məhəmmədəli Novruz oğlu Məm­­mədov 1934-cü ildə Lüksem­burq (in­diki Bolnisi) rayonunun Darvaz kən­dində anadan olub. 1953-cü ildə orta məktəbi, 1958-ci ildə Azər­bay­can Dövlət Universitetinin (indiki BDU) məntiq-psixologiya fakültəsini bitirib. 1959-cu ildə BDU-nun aspiran­turasına daxil olub.

Ətrafl...

Polad Fərman oğlu Gülməmmədov əslən Bolnisi rayonunun Darvaz kəndindəndir.

1973-cü ildə Donetsk şəhərində ziyalı ailəsində anadan olmuşdur. Donetsk rus orta məktəbini bitirmişdir.

 1996-cı ildə Donetsk Dövlət Tibb Universitetini bitirmişdir. Əmək fəaliyyətinə Donetsk vilayətində həkim-cərrah kimi başlamışdır.

Ətrafl...

Tofiq Oruc oğlu Məmmədov 1948-ci ildə Bolnisi rayonunun Darvaz kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1965-ci ildə Darvaz kənd orta məktəbini bitirdikdən sonra ADU-nun biologiya fakültəsinə daxil olmuşdur. 1970-ci ildə universiteti bitirdikdən sonra Azərbaycan SSR EA-nın Genetika və seleksiya İnsitutunda baş laborant kimi əmək fəaliyyətinə başlamışdır. Həmin ilin dekabr ayında ADU-nun biologiya fakültəsinin zəmanəti ilə EA-nın Zoologiya İnstitutunda Heyvanlarm genetikası laboratoriyasına istehsalatdan ayrılmaqla aspiranturaya daxil olmuşdur.

Ətrafl...

Sergey Xıdırnəbi oğlu Əhmədov 1941-ci ildə Borçalı mahalının Bolus nümayəndəliyinin (indiki Bolnisi rayonu) Darvaz kəndində anadan olmuşdur. Orta təhsilini Bolnisi şəhərindəki rus orta məktəbində almışdır. 1957-ci ildə A.S. Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun rus filologiyası fakültəsinə daxil olmuşdur. 1961-1965-ci illərdə əvvəlcə Bolnisi rayonunun Kəpənəkçi kəndində, sonra isə rayon mərkəzindəki rus orta məktəbində müəllim işləmişdir.

Ətrafl...

İbrahim İsmayıl oğlu Güləhmədzadə 1942-ci ildə Bolnisi rayonunun Darvaz kəndində anadan olmuşdur. 1949-cu ildə Darvaz orta məktəbinə getmiş, 1959-cu ildə həmin məktəbi bitirmişdir. 1959-cu ildə Azərbaycan Neft Kimya İnstitutuna daxil olmuş, 1964-cü ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir. 1965-ci ildə Azərbaycan Dövlət Plan Komitəsinin nəzdindəki ETİİ-də kiçik elmi işçi, 1966-cı ildən isə böyük iqtisadçı vəzifəsində çalışmışdır.

Ətrafl...

Fərman İbrahim oğlu Gülməm­mədov 1939-cu ildə Lük­semburq (indiki Bolnisi) rayonunun Darvaz kəndində anadan olub. 1958-ci ildə orta məktəbi və 1964-cü ildə Uk­raynanın Donetsk şəhərində Tibb İnstitutunu bitirib.

1971-ci ildə namizədlik və 1984-cü ildə doktorluq disser­tasiyasını müdafiə edib.

Ətrafl...

Əli Vəli oğlu Hacıyev 1949-cu ildə Bolnisi rayonunun Darvaz kəndində ziyalı ailəsində anadan olmuşdur. 1966-cı ildə Darvaz orta məktəbini əla qiymətlərlə bitirmişdir. Həmin ildə Bakıda qəbul imtahanlarını müvəffəqiyyətlə verib Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuşdur. Ali məktəbi bitirdikdən sonra aspiranturaya daxil olmuş, 1976-cı ildə namizədlik dissertasiyası müdafiə edib iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır.

Ətrafl...

"Palmali" şirkətlər qrupunun Borçalı adı verdiyi tanker

Ətrafl...


Zakir Məhəmməd oğlu Nəbizadə
1949-cu ildə Bolnisi rayonunun Darvaz kəndində anadan olub. 1966-cı ildə kənd orta məktəbini və 1972-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Tibb Universiteti) müalicə-pro­­filaktika fakültəsini bitirib. 1972-1974-cü illərdə ordu sıra­la­rında həkim kimi xidmət edib. 1974-1977-ci illərdə Tetri­skaro (Ağbulaq) rayon Mərkəzi xəstəxanasında cərrah, 1977-1978-ci illərdə Xarkov şəhə­rindəki Cərrahiyə İnstitutunda cərrah-ordinator kimi fəaliyyət göstərib. 1978-1982-ci illərdə Bolnisi rayon Mərkəzi xəstəxanasında cərrah-travmatoloq işləyib. 1983-1985-ci illərdə travmatologiya-ortopediya üzrə kliniki ordinaturanı bitirib. Ordinaturanı bitirdikdən sonra yenidən fəaliyyətini Bolnisi rayon Mərkəzi xəstəxanasında davam etdirib.

Ətrafl...

Məşkür Məhəmməd oğlu Nəbizadə 1936-cı ildə Lük­sem­burq (indiki Bolnisi) rayonunun Darvaz kəndində anadan olub. 1954-cü ildə kənd orta məktəbini bitirərək N. Nərimanov adına Azər­baycan Dövlət Tibb İnstitutuna (indiki Tibb Universiteti) daxil olub.

Ətrafl...

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina