Alı Qurban oğlu Orduxanov 1927-ci ildə Lüksemburq (Bolnisi) rayonunun Darvaz kəndində anadan olmuşdur. O, 1934-cü ildə Darvaz orta məktəbinin birinci sinfinə getmiş və 1944-cü ildə həmin məktəbi bitirmişdir.
Ənvər Məhərrəm oğlu Allahverdiyev 1927-ci ildə Lüksemburq (Bolnisi) rayonunun Darvaz kəndində anadan olmuşdur. 1934-cü ildə həmin kənddəki orta məktəbin birinci sinfinə daxil olmuş, 1944-cü ildə onuncu sinfi bitirmişdir. Elə həmin ilin yayında Gürcüstan Maarif Nazirliyinin Başkeçiddə təşkil etdiyi pedaqoji kursda oxuyaraq Darvaz orta məktəbində müəllim kimi əmək fəaliyyətinə başlamışdır.
İ
lyas Ramazan oğlu Əliyev 1917-ci ildə Borçalıda – Yekaterinenfeld (Bolnisi) nümayəndəliyinin Darvaz kəndində anadan olmuşdur. O, burada yeddillik məktəbi bitirdikdən sonra təhsilini Tiflis Pedaqoji texnikumunda davam etdirmiş və orada təhsilini başa vurduqdan sonra doğma kəndindəki məktəbdə pedaqoji fəaliyyətə başlamışdır.
Nadir Rüstəm oğlu Əhmədov 1909-cu ildə Borçalının Yekaterinenfeld nümayəndəliyinin (indiki Bolnisi rayonu) Darvaz kəndində anadan olmuşdur. O, Ağbulaqda 7 illik məktəbi bitirdikdən sonra 1928-ci ildə Darvaz kənd ibtidai məktəbində müəllim kimi əmək fəaliyyətinə başlamışdır.
Əlləz Novruz oğlu Məmmədov 1948-ci il dekabr ayının 4-də Bolnisi rayonunun Dravaz kəndində qulluqçu ailəsində anadan olmuşdur.
O, 1955-ci ildə Darvaz kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 1966-cı ildə həmin məktəbi bitirmişdir.
M.F.Axundov adına Azərbaycan Pedaqoji İnstitunun rus dili və ədəbiyyatı fakültəsini bitirmişdir.

Oğlu əsgərlikdə olan ana soyuq bir qış günündə odun gətirmək üçün həyətə çıxır. Qarın altından odun götürdükcə üşüyür və oğlunu xatırlayır:
– Eh, anan ölsün ay bala, bu soyuqda nə edirsən?

Borçalıda az adam tapılardı ki, Aqronom Orucu tanımasın. Bir gün o, qatarda Bakıya gedirmiş. Vaqonda onu tanıyan tələbə qızlardan biri deyir:
– Oruc əmi, keçi yeddi yaşından sonra nə olur?
Aqronom Oruc Gəncədə Kənd Təsərrüfatı İnstitutunda oxuduğu vaxtlar tələbələr yığışıb imtahanqabağı biliklərini yoxlamaq üçün sual-cavab edirlərmiş. Oruc onlara yaxınlaşıb deyir ki, mən bir sual verərəm, cavabını tapa bilməzsiniz. Deyirlər sualını de. Oruc:
– Keçi yeddi yaşından sonra nə olur?
Aqronom Orucun kök bir keçisi varmış. Qorxur ki, bir gün oğurlayarlar. Odur ki, keçini kəsmək qərarına gəlir. Keçini
örüşdən gətirərkən yolda ağbirçək bir qarı soruşur ki, ay Oruc, günorta vaxtı keçini niyə evə aparırsan. Oruc deyir:
– Heç kəs bilməsin, bircə sənə deyirəm. Dünən rayonda iclas olub, qərara gəliblər ki, keçiləri yığıb davaya göndərsinlər.

Bir nəfər deyir ki, mən heç ayıdan qorxmuram. Soruşurlar ki, niyə qorxmursan? Cavab verir:

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!
Eldar Hacıyev
ELAN !
Bizim mail abunə
| Valyuta məzənnələri | ||
| Azərbaycan manatı | ||
| (RUB) | //-// | |
| (GBP) | //-// | |
| (EUR) | //-// | |
| (USD) | //-// | |
| Friday | +13° | 0° | |
| Saturday | +12° | 0° | |
| Sunday | +14° | +2° | |
| Monday | +12° | +1° | |
| Tuesday | +11° | -1° | |
| Wednesday | +10° | +1° |


