Mədəd Səməd oğlu Muradov 1912-ci ildə Lüksemburq (indiki Bolnisi) rayonunun Darvaz kəndində anadan olmuşdur. İbtidai təhsilini Darvaz kəndində almışdır. İyirminci illərin sonlarında Tiflis Türk Pedaqoji Texnikumuna daxil olmuş, 1931-ci ildə oranı bitirmişdir. Elə həmin il öz kəndlərindəki natamam orta məktəbə müdir təyin edilərək maarif sahəsində fəaliyyətə başlamışdır.
Cəlal Əhməd oğlu Aşırov 1914-cü ildə Yekaterinenfeld (indiki Bolnisi) nümayəndəliyinin Darvaz kəndində anadan olub.
O, Darvaz kəndinəki 7 illik məktəbi bitirdikdən sonra Tiflis Pedaqoji Texnikumuna daxil olub. 1934-cü ildə Texnikumu bitirən C.Aşırov Darvaz 7 illik məktəbinə müdir vəzifəsinə təyin olunub.
Valeh Əlipaşa oğlu Hacıyev 1951-ci ildə Bolnisi rayonunun Darvaz kəndində anadan olub. 1968-ci ildə orta məktəbi, 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji Dillər İnstitutunu (indiki ADDU) bitirib.
1973-cü ildə A.S.Puşkin adına Tiflis Dövlət Pedaqoji İnstitutunda Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi kimi fəaliyyətə başlayıb, 1989-cu ildə həmin kafedranın müdiri seçilib.
Mədəd Namaz oğlu Çobanov 1937-ci ildə Lüksemburq (indiki Bolnisi) rayonunun Darvaz kəndində anadan olub. 1955-ci ildə orta məktəbi və 1960-cı ildə Tiflis Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirib. Bir müddət Bolnisi Rayon Komsomol və Rayon Partiya Komitəsində təlimatçı işləmişdir.
Məhəmmədəli Novruz oğlu Məmmədov 1934-cü ildə Lüksemburq (indiki Bolnisi) rayonunun Darvaz kəndində anadan olub. 1953-cü ildə orta məktəbi, 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) məntiq-psixologiya fakültəsini bitirib. 1959-cu ildə BDU-nun aspiranturasına daxil olub.
Polad Fərman oğlu Gülməmmədov əslən Bolnisi rayonunun Darvaz kəndindəndir.
1973-cü ildə Donetsk şəhərində ziyalı ailəsində anadan olmuşdur. Donetsk rus orta məktəbini bitirmişdir.
1996-cı ildə Donetsk Dövlət Tibb Universitetini bitirmişdir. Əmək fəaliyyətinə Donetsk vilayətində həkim-cərrah kimi başlamışdır.
Tofiq Oruc oğlu Məmmədov 1948-ci ildə Bolnisi rayonunun Darvaz kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1965-ci ildə Darvaz kənd orta məktəbini bitirdikdən sonra ADU-nun biologiya fakültəsinə daxil olmuşdur. 1970-ci ildə universiteti bitirdikdən sonra Azərbaycan SSR EA-nın Genetika və seleksiya İnsitutunda baş laborant kimi əmək fəaliyyətinə başlamışdır. Həmin ilin dekabr ayında ADU-nun biologiya fakültəsinin zəmanəti ilə EA-nın Zoologiya İnstitutunda Heyvanlarm genetikası laboratoriyasına istehsalatdan ayrılmaqla aspiranturaya daxil olmuşdur.
Sergey Xıdırnəbi oğlu Əhmədov 1941-ci ildə Borçalı mahalının Bolus nümayəndəliyinin (indiki Bolnisi rayonu) Darvaz kəndində anadan olmuşdur. Orta təhsilini Bolnisi şəhərindəki rus orta məktəbində almışdır. 1957-ci ildə A.S. Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun rus filologiyası fakültəsinə daxil olmuşdur. 1961-1965-ci illərdə əvvəlcə Bolnisi rayonunun Kəpənəkçi kəndində, sonra isə rayon mərkəzindəki rus orta məktəbində müəllim işləmişdir.

İbrahim İsmayıl oğlu Güləhmədzadə 1942-ci ildə Bolnisi rayonunun Darvaz kəndində anadan olmuşdur. 1949-cu ildə Darvaz orta məktəbinə getmiş, 1959-cu ildə həmin məktəbi bitirmişdir. 1959-cu ildə Azərbaycan Neft Kimya İnstitutuna daxil olmuş, 1964-cü ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir. 1965-ci ildə Azərbaycan Dövlət Plan Komitəsinin nəzdindəki ETİİ-də kiçik elmi işçi, 1966-cı ildən isə böyük iqtisadçı vəzifəsində çalışmışdır.
Fərman İbrahim oğlu Gülməmmədov 1939-cu ildə Lüksemburq (indiki Bolnisi) rayonunun Darvaz kəndində anadan olub. 1958-ci ildə orta məktəbi və 1964-cü ildə Ukraynanın Donetsk şəhərində Tibb İnstitutunu bitirib.
1971-ci ildə namizədlik və 1984-cü ildə doktorluq dissertasiyasını müdafiə edib.

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!
Eldar Hacıyev
ELAN !
Bizim mail abunə
| Valyuta məzənnələri | ||
| Azərbaycan manatı | ||
| (RUB) | //-// | |
| (GBP) | //-// | |
| (EUR) | //-// | |
| (USD) | //-// | |
| Friday | +13° | 0° | |
| Saturday | +12° | 0° | |
| Sunday | +14° | +2° | |
| Monday | +12° | +1° | |
| Tuesday | +11° | -1° | |
| Wednesday | +10° | +1° |


