Polad Fərman oğlu Gülməmmədov əslən Bolnisi rayonunun Darvaz kəndindəndir.
1973-cü ildə Donetsk şəhərində ziyalı ailəsində anadan olmuşdur. Donetsk rus orta məktəbini bitirmişdir.
1996-cı ildə Donetsk Dövlət Tibb Universitetini bitirmişdir. Əmək fəaliyyətinə Donetsk vilayətində həkim-cərrah kimi başlamışdır.
Tofiq Oruc oğlu Məmmədov 1948-ci ildə Bolnisi rayonunun Darvaz kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1965-ci ildə Darvaz kənd orta məktəbini bitirdikdən sonra ADU-nun biologiya fakültəsinə daxil olmuşdur. 1970-ci ildə universiteti bitirdikdən sonra Azərbaycan SSR EA-nın Genetika və seleksiya İnsitutunda baş laborant kimi əmək fəaliyyətinə başlamışdır. Həmin ilin dekabr ayında ADU-nun biologiya fakültəsinin zəmanəti ilə EA-nın Zoologiya İnstitutunda Heyvanlarm genetikası laboratoriyasına istehsalatdan ayrılmaqla aspiranturaya daxil olmuşdur.
Sergey Xıdırnəbi oğlu Əhmədov 1941-ci ildə Borçalı mahalının Bolus nümayəndəliyinin (indiki Bolnisi rayonu) Darvaz kəndində anadan olmuşdur. Orta təhsilini Bolnisi şəhərindəki rus orta məktəbində almışdır. 1957-ci ildə A.S. Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun rus filologiyası fakültəsinə daxil olmuşdur. 1961-1965-ci illərdə əvvəlcə Bolnisi rayonunun Kəpənəkçi kəndində, sonra isə rayon mərkəzindəki rus orta məktəbində müəllim işləmişdir.

İbrahim İsmayıl oğlu Güləhmədzadə 1942-ci ildə Bolnisi rayonunun Darvaz kəndində anadan olmuşdur. 1949-cu ildə Darvaz orta məktəbinə getmiş, 1959-cu ildə həmin məktəbi bitirmişdir. 1959-cu ildə Azərbaycan Neft Kimya İnstitutuna daxil olmuş, 1964-cü ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir. 1965-ci ildə Azərbaycan Dövlət Plan Komitəsinin nəzdindəki ETİİ-də kiçik elmi işçi, 1966-cı ildən isə böyük iqtisadçı vəzifəsində çalışmışdır.
Fərman İbrahim oğlu Gülməmmədov 1939-cu ildə Lüksemburq (indiki Bolnisi) rayonunun Darvaz kəndində anadan olub. 1958-ci ildə orta məktəbi və 1964-cü ildə Ukraynanın Donetsk şəhərində Tibb İnstitutunu bitirib.
1971-ci ildə namizədlik və 1984-cü ildə doktorluq dissertasiyasını müdafiə edib.
Əli Vəli oğlu Hacıyev 1949-cu ildə Bolnisi rayonunun Darvaz kəndində ziyalı ailəsində anadan olmuşdur. 1966-cı ildə Darvaz orta məktəbini əla qiymətlərlə bitirmişdir. Həmin ildə Bakıda qəbul imtahanlarını müvəffəqiyyətlə verib Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuşdur. Ali məktəbi bitirdikdən sonra aspiranturaya daxil olmuş, 1976-cı ildə namizədlik dissertasiyası müdafiə edib iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır.

"Palmali" şirkətlər qrupunun Borçalı adı verdiyi tanker
Zakir Məhəmməd oğlu Nəbizadə 1949-cu ildə Bolnisi rayonunun Darvaz kəndində anadan olub. 1966-cı ildə kənd orta məktəbini və 1972-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Tibb Universiteti) müalicə-profilaktika fakültəsini bitirib. 1972-1974-cü illərdə ordu sıralarında həkim kimi xidmət edib. 1974-1977-ci illərdə Tetriskaro (Ağbulaq) rayon Mərkəzi xəstəxanasında cərrah, 1977-1978-ci illərdə Xarkov şəhərindəki Cərrahiyə İnstitutunda cərrah-ordinator kimi fəaliyyət göstərib. 1978-1982-ci illərdə Bolnisi rayon Mərkəzi xəstəxanasında cərrah-travmatoloq işləyib. 1983-1985-ci illərdə travmatologiya-ortopediya üzrə kliniki ordinaturanı bitirib. Ordinaturanı bitirdikdən sonra yenidən fəaliyyətini Bolnisi rayon Mərkəzi xəstəxanasında davam etdirib.
Məşkür Məhəmməd oğlu Nəbizadə 1936-cı ildə Lüksemburq (indiki Bolnisi) rayonunun Darvaz kəndində anadan olub. 1954-cü ildə kənd orta məktəbini bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna (indiki Tibb Universiteti) daxil olub.
Səməd Nəbi oğlu Çobanov 1946-cı ildə dekabrın 12-də Bolnisi rayonunun Darvaz kəndində anadan olub. 1963-cü ildə kənd orta məktəbini medalla və 1969-cu ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Tibb Universiteti) müalicə-profilaktika fakültəsini bitirib.

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!
Eldar Hacıyev
ELAN !
Bizim mail abunə
| Valyuta məzənnələri | ||
| Azərbaycan manatı | ||
| (RUB) | //-// | |
| (GBP) | //-// | |
| (EUR) | //-// | |
| (USD) | //-// | |
| Friday | +13° | 0° | |
| Saturday | +12° | 0° | |
| Sunday | +14° | +2° | |
| Monday | +12° | +1° | |
| Tuesday | +11° | -1° | |
| Wednesday | +10° | +1° |


